XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Oktyabr 2017 - 17:57

Həbsdə olan sabiq aparat rəhbəri:“Özümü yalnız prezidentin qarşısında günahkar bilir və ondan əfv diləyirəm”

Bakı Apellyasiya Məhkəməsində "Rabitə işi” üzrə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti əsasında məhkəmə iclası davam etdirilib.

 Hakim Qədim Babayevin sədrlik etdiyi iclasda Vidadi Zeynalov çıxış edib. V. Zeynalov bildirib ki, özünü yalnız dövlət başçısının qarşısında günahkar bilir və ondan əfv diləyir.

 Xatırladaq ki, təqsirləndirilən şəxslər apellyasiya şikayətlərində barələrində bəraət hökmü çıxarılmasını istəyiblər.  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və ailə üzvləri apellyasiya şikayətində mülkləri və əmlakları üzərindən həbsin götürülməsini istəyiblər.  Təqsirləndirilən şəxslərdən Qəmbər Bəybalayev apellyasiya şikayəti verməyib.

 Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov 13 il, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov 13 il, “Ortik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov 11 il, Emin Məmmədov 10 il, Anar Mustafayev 5 il, Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum edilib. (APA)