XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

26 Oktyabr 2017 - 20:42

Qazaxda mal-qara oğruları tutuldu –Cəlilabaddan gediblərmiş

Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mal-qara oğurluğu ilə məşğul olan dəstə üzvləri tutulub.

Bu haqda Strateq.az-a DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumatda deyilir.

Bildirilir ki, rayonun  Fərəhli kənd sakinləri  Paşa və Həsən Əyyubov qardaşları RPŞ-yə müraciət edərək, onlara məxsus 5 baş iribuynuzlu heyvanın oğurlandığını bildiriblər.

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən şübhəlilər müəyyən edilib və saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.  

Cəlilabad rayonunun Alar kənd sakinləri  Kainat Əliyev və qardaşı Əzizin ətrafında aparılan tədbirlərlə onlara bu cinayətdə daha iki nəfərin köməklik etdiyi məlum olub. Görülmüş tədbirlərlə Fərəhli kənd sakini Tural Nəbiyev və Cəlilabad rayonunun Alar kənd sakini Gəray Eyvazov da şübhəli şəxs qismində saxlanılıblar.

Saxlanılan şəxslər oğurladıqları heyvanları rayonun mal bazarında satdıqlarını, əldə olunan gəliri isə aralarında böldüklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb.