XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

27 Oktyabr 2017 - 10:18

Bakıda özünü asmaq istəyən iki uşaq anası son anda xilas edilib –Vəziyyəti ağırdır

Bakının Xəzər rayonunda özünü asan qadın qohumları tərəfindən xilas edilib.

"Report"un xəbərinə görə, intihara cəhd hadisəsi Binə qəsəbəsində qeydə alınıb. "Südçülük sovxozu"nda yaşayan 1985-ci il təvəllüdlü M.G. yaşadığı evdə özünü asıb. Qohumları onu görərək boğulmaqdan xilas ediblər. Lakin qadının vəziyyəti ağır olduğundan o, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən araşdırma aparılır. G.Məmmədova ailəlidir, onun iki azyaşlı övladı var.