XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

28 Oktyabr 2017 - 21:10

Keçmiş icra başçısının evi yandı- Qubada

Quba rayonunda dəhşətli yanğın hadisəsi baş verib. Hadisə dünən gecə saat 23:30 radələrində rayonda yerləşən evlərin birində olub.

“Sputnik” xəbər verir ki, həmin ev rayonun keçmiş icra başçısı Mübariz Ağayevə məxsusdur. Evin 8 otağı əşyalarla birgə yanıb və yararsız vəziyyətə düşüb. Hadisə yerinə FHN-nin Yanğından Mühafizə xidmətinin yanğınsöndürmə maşınları cəlb olunub. Yanğın 2 saatdan çox davam edib.

Qeyd edək ki, Mübariz Ağayev Quba ryonunda 2012-2015-ci illərdə icra başçısı vəzifəsində çalışıb.