XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

29 Oktyabr 2017 - 17:51

İŞİD-lə əlaqədə şübhəli bilinən iki Azərbaycan vətəndaşı saxlanıldı –Türkiyədə

Türkiyənin Bursa şəhərində aparılan əməliyyat nəticəsində İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 2 Azərbaycan vətəndaşı saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə güc strukturlarındakı mənbələrə istinadən "Anadolu" agentliyi məlumat yayıb. Bildirilir ki, bazar günü Bursa və Ərzrumda sözügedən terror təşkilatı ilə əlaqəli bilinən ümumilikdə 61 nəfər saxlanılıb. Ərzrumun mərkəzi hissəsində aparılan əməliyyat zamanı hüquq-mühafizə orqanları 22 şübhəli şəxsi saxlayıb. Reyd zamanı onların üzərindən silah-sursat, sənədlər və informasiya daşıyıcıları götürülüb.

Bursada polisin əməliyyatı nəticəsində İŞİD-lə əlaqələri olduğu ehtimal edilən 39 nəfər saxlanılıb. Onlardan ikisi Azərbaycan vətəndaşı, 28-i isə suriyalıdır. Suriyalılar arasında 8 nəfər yeniyetmə var.