XƏBƏR LENTİ

10 Dekabr 2019
09 Dekabr 2019

Digər Xəbərlər

29 Oktyabr 2017 - 21:22

Pediatriya İnstitutunda yeni doğulmuş körpə öldü –Təfərrüat

Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda yeni doğulmuş körpə ölüb.

Strateq.az Lent.az-a istinadən xəbər verir ki, Saatlı rayon Hacıqasımlı kənd sakini Mehdiyev Orxan Zaur oğlunun 8 aylıq dünyaya gələn oğlu 3 gün ərzində reanimasiya şöbəsində saxlanılsa da, ölüb.

Bildirilir ki, O.Mehdiyevin xanımı ilk olaraq özəl xəstəxanalardan birində müalicə olunub. Daha sonra qadın yarımçıq dünyaya gətirdiyi körpəsi ilə Pediatriya İnstitutuna yerləşdirilib. Lakin həkimlərin səyləri bir nəticə verməyib və körpə vəfat edib.

Faktla bağlı araşdırma aparılır.