Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən "İnşaat-E” MMC-nin direktoru Kənan Quliyevin apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Hakim Namiq Məmmədovun sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası noyabrın 13-nə təyin edilib.
Qeyd edək ki,Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Quliyev 10 il azadlıqdan məhrum edilib.
İttihama görə, Kənan Quliyev zərərçəkmiş şəxslər – Şahin Mahmudov, Əbülfəz Abbasov və digər şəxslərlə armatur ticarəti adı ilə ümumilikdə 1 milyon 800 min manatdan çox dələduzluq edib.
Kənan Quliyev bir qrup şəxslə əlbir olaraq, əvvəllər də dələduzluqda ittiham olunub. Bundan əvvəl ona Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza verilib/APA.