XƏBƏR LENTİ

11 Dekabr 2019
10 Dekabr 2019

Digər Xəbərlər

31 Oktyabr 2017 - 10:20

“Azərsu” ASC-nin əməkdaşını döyən sabiq deputatın oğlunun məhkəməsi başlayır –Noyabrın 6-da

Sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi wzr’ məhkəmənin başlanma vaxtı məlum olub.

 APA-nın məlumatına görə, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası noyabrın 6-na təyin edilib. Proses Nəsimi rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçiriləcək.

 Qeyd edək ki, Ə. Salahzadə bir müddət əvvəl həbs edilib. Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla onun barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ə. Salahzadə "Azərsu” ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir.