XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

01 Noyabr 2017 - 19:12

Əfqan Muxtarlı və Gözəl Bayramlının istintaqı yekunlaşıb- Vəkildən açıqlama

Həbsdə olan jurnalist Əfqan Muxtarlı və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlının barəsində başlanmış cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.
 
APA-nın məlumatına görə, bu barədə vəkil Elçin Sadıqov bildirib.
 
Onun sözlərinə görə, Ə. Muxtarlı ilə bağlı cinayət işinin materialları “Meydan TV”-nin əməkdaşları ilə bağlı başlanmış cinayət işindən ayrılıb.
 
Vəkil qeyd edib ki, tərəflər cinayət işinin materialları ilə tanış olacaq.
 
Qeyd edək ki, Ə. Muxtarlı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), G. Bayramlı isə Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə təqsirləndirilir.