XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 November 2017 - 15:19

Ticarət mərkəzində intihara cəhd olub –FHN qarşısını aldı

Bakıda intihara cəhdin qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər intihar məqsədilə ticarət mərkəzinin damına çıxıb.

 Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə gələrək vətəndaşla müvafiq söhbətlər aparmış və onu intihar etmək fikrindən daşındırıblar. Əməliyyat başa çatıb.