XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2017 - 17:56

Qazaxda avtomobil ağaca çırpılıb- Xəsarət alanlar var

Qazax rayonunda yol qəzası baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Hüseynbəyli kəndində qeydə alınıb. 

Avtomobilin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində 1993-cü il təvəllüdlü Zeynəb Zirəddin qızı Bayramova və 68 yaşlı Firəngiz Cahangir qızı Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.