İnquşetiyanın Nazran rayonunda Yol-Patrul Xidmətinin blok-postuna hücum edən iki silahlı məhv edilib.
“RİA Novosti” agentliyinin verdiyi xəbərə görə, bu barədə Milli antiterror Komitəsinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, əməliyyat zamanı mülki şəxslər arasında zərərçəkən olmayıb. Silahlılarla qarşıdurmada iki polis əməkdaşı yaralanıb, biri həlak olub. (APA)