XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2017 - 23:35

Türkiyədə azərbaycanlı qızı güllələdilər –Əyləncə mərkəzində 12 nəfər saxlanılıb

Türkiyənin Qars şəhərində noyabrın 2-də 26 yaşlı azərbaycanlı qadın Aydan B.-nin tapançayla güllələnərək öldürülməsinə görə 12 nəfər saxlanılıb, onlardan 2-nin barəsində həbs qətimkan tədbiri seçilib.

Virtualaz.org Türkiyə mənbələrinə istinadən xəbər verir ki, hadisə Qarsdakı əyləncə mərkələrindən birində baş verib. Azərbaycan vətəndaşı Aydan B. iddiaya görə bir dostunun ad günü ziyafətində iştirak edirmiş. Bu vaxt məlum olmayan səbəblərdən əyləncə iştirakçılarından biri onu tapançayla güllələyib.

Bildirilir ki, əyləncə mərkəzinin personalı otaqlardan birindən gələn silah səsinə içəri girib və azərbaycanlı qadının güllələndiyini görüb. Hadisə yerinə polislər gəlib, qadının cəsədi Qars xəstəxanasının morquna aparılıb. Əyləncə iştirakçıları isə saxlanılaraq polisə aparılıb. Polisdəki dindirmədən sonra onlardan ikisi tutulub. Tutalanlardan biri Azərbaycan Ş.A.-dır. Onlara qarşı qəsdən adam öldürmə ittihamı irəli sürülüb. 4 nəfər polis nəzarətinə verilməklə sərbəst buraxılıb, qalan 6 nəfərin isə hadisədə rolunun olmadığı qənaətinə gəlinib.

Qətlin motivi bəlli deyil. Qeyd edək ki, Türkiyədə tez-tez azərbaycanlı qadınların ya insan alverçilərinin qurbanına çevrilərək cinayətkarlar tərəfindən öldürülməsi, yaxud ərləri və ya birgə yaşadıqları şəxslər tərəfindən zorakılığa məruz qaldıqları barədə xəbərlər gəlir. (Virtualaz.org)