Bu gün Beyləqanda "QAZ" markalı minik avtomobili maneəyə çırpılaraq yanıb.
Strateq.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə avtomobilin yanar hissələri yanıb:
"Qəza zamanı avtomobilin sürücüsü və 3 nəfər sərnişini müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya aparılıblar. Ərazidəki ağaclar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb".