XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Noyabr 2017 - 23:19

Şamaxıda maşın iki piyadanı vurdu –Özü isə hadisə yerindən qaçdı

Şamaxı şəhərinin Seyid Əzim Şirvani küçəsində iki piyadanı maşın vurub.

Strateq.az "Report"a istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən yaralılardan biri 1970-ci il təvəllüdlü Şamaxı rayon, Şəhriyar qəsəbə sakini İsmayılov Tofiq Qəşəm oğludur. Digər xəsarət alanın şəxsiyyəti hələ ki, məlum deyil.

Hadisəni törədən sürücü "VAZ-2107" markalı avtomobil ilə hadisə yerindən uzaqlaşarkən Mədrəsə qəsəbəsi istiqamətdə yol kənarındakı ağaca çırpılıb.

Nəticədə maşın deformasiyaya uğrayıb. Sürücü isə avtomobili tərk edərək naməlum istiqamətdə qaçıb.

Faktla bağlı araşdırma aparılır.