XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2017 - 09:15

Bakıda “təcili yardım” maşını iki məktəbli qızı vurub –Hər iki uşaq xəstəxanaya yerləşdirilib

Bakının Nəsimi rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Strateq.az "Report"a istinadən xəbər verir ki, Rəşid Behbudov küçəsində yolu keçmək istəyən 2008-ci il təvəllüdlü Eyvazova Nazlı və həmyaşıdı Osmanova Aliyəni təcili yardım xidmətinə məxsus "Mercedes" markalı avtomobil vurub.

Xəsarət alan hər iki uşaq xəstəxanaya yerləşdirilib.

Hər iki uşaq hadisə vaxtı yaxınlıqdakı məktəbdən çıxaraq evə gedirlərmiş.

Faktla bağlı araşdırmalara başlanılıb.