XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

16 Noyabr 2017 - 09:56

Xəzər dənizində narkotik əməliyyatı –Sərhədçilər iki nəfəri saxladı + FOTOLAR

2017-ci ilin noyabr ayının 13-də Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən qanunsuz olaraq Xəzər dənizi vasitəsilə ölkə ərazisinə narkotik vasitələrin qaçaqmal yolu ilə gətirilməsinin qarşısı alınıb.

Strateq.az Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, həmin tarixdə Astara rayonu istiqamətində xidmət aparan Dövlət Sərhəd Xidmətinin sərhəd gözətçi gəmisi tərəfindən balıqçı qayığının şübhəli hərəkətləri müşahidə olunmuş və üzmə vasitəsinin saxlanılması üzrə tədbirlər görülüb:

"Sərhədçilərin “Dayan” əmrinə tabe olmayan balıqçı qayığı təqib edilərək saxlanlmış, qayıqdakı şəxslərin Astara rayonu Şahağacı kənd sakinləri 1969-cu il təvəllüdlü Mirzəyev Raqib Məzahir oğlu və 1978-ci il təvəllüdlü Əliyev Samid Pərviz oğlu olmaları müəyyənləşdirilmişdir. Qayığa baxış zamanı ümumi çəkisi 3 kq 720 qram olan bağlamanın içərisində 2 kq tiryək, 1 kq 510 qram heroin və 290 ədəd üzərində “Metadone-40” yazılmış dərman preparatları aşkar olunmuşdur".

Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.