XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 November 2017 - 10:38

Fəhlə liftin şaxtasına düşərək öldü –Bakıda faciəli hadisə

Bakıda fəhlə faciəli şəkildə ölüb.

Yasamal rayonu H. Zərdabi küçəsində tikilməkdə olan hündürmərtəbəli binada fəhlə işləyən, 1966-cı il təvəllüdlü Əlövsət Xəlilov liftin şaxtasına düşüb.

Ə. Xəlilov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 222.3-cü (tikintidə təhlükəsizlik qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir/APA.