XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2017 - 14:25

Bakıda 18 kiloqram narkotiklə tutulan qadına hökm oxundu –Məhkəmə prosesi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Malvina Babayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, M. Babayeva 9 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, 1990-cı il təvəllüdlü Babayeva Malvina Etibar qızından 18 kiloqram narkotik vasitə götürülüb. Məlum olub ki, M. Babayeva Hövsan qəsəbə sakinidir, 2014-cü ildə oğurluq və narkotik vasitə istifadə etdiyi üçün də saxlanılıb. 

APA