XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2017 - 21:47

Mingəçevirdə iki maşın toqquşub –Xəsarət alan var

Mingəçevirdə “VAZ-21015” və “Opel” markalı avtomobillərin iştirakı ilə yol qəzası baş verib.

Səməd Vurğun meydanında qeydə alınmış qəza nəticəsində "VAZ"ın 1983-cü il təvəllüdlü sürücüsü, Yevlax şəhər sakini Məhəmməd Quliyev sifət nahiyəsindən müxtəlif dərəcəli xəsarətlər alıb.

Onun başı zərbədən maşının alın şüşəsinə çırpılıb və şüşə tamamilə qırılıb. Hadisə yerinə gələn "təcili yardım" heyəti yerində yaralı şəxsə tibbi yardım göstərib.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır/Report.