XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

17 Noyabr 2017 - 16:49

Yasamalda film kimi qarət –Motosikletli oğrular yaponun çantasını oğurladılar

Bakıda xarici vətəndaşa qarşı soyğunçuluq olub.

“Report” xəbər verir ki, Yasamal rayonunda yaşayan 22 yaşlı Yaponiya vətəndaşı Furisimi Uertenin əl çantası soyğunçuluq yolu ilə aparılıb.

Belə ki, motosikletlə hərəkət edən iki nəfər onun əl çantasını zorla əlindən alaraq hadisə yerindən qaçıblar. Əl çantasının içində isə zərərçəkənə məxsus 1000 dollar, 800 manat, mobil telefon və digər qiymətli əşyalar olub.

F.Uerte hadisə ilə bağlı polisə müraciət edib. Faktla bağlı araşdırmalara başlanılıb.