XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2017 - 12:27

“Lexus” yolu keçən piyadanı vuraraq öldürüb- Bakıda

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 17-də saat 22.00 radələrində Xətai rayonunun Telnov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Mehdi Daşdəmirov vurulub.
 
Nəticədə M.Daşdəmirov hadisə yerində ölüb. 
 
Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Lexus” markalı avtomobilin sürücüsü, paytaxt sakini Rafiq Xudiyev saxlanılıb.