Bakı-Qazax-Gürcüstan yolunda ağır qəza baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə yolun Qazax rayonunun Çaylı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza nəticəsində 1 nəfərin öldüyü, 6 nəfərin isə yaralandığı məlum olub. Avtoqəza iki avtomobilin toqquşması nəticəsində baş verib.