XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

19 Noyabr 2017 - 18:18

Siyəzəndə “Mercedes” işıq dirəyinə çırpılıb- Ölən və yaralanan var

Siyəzəndə yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Siyəzən rayonu ərazisində "Mercedes" markalı minik avtomobili işıq dirəyinə çırpılıb.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri sıxılmış vəziyyətdə qalmış sürücü 1958-ci il təvəllüdlü İlyasov Hamlet Abusəlim oğlunun cəsədini və müxtəlif bədən xəsarətləri almış sərnişini minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.