XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

20 Noyabr 2017 - 16:26

Jurnalist Əfqan Muxtarlının məhkəməsinin vaxtı məlum oldu –Balakəndə keçiriləcək

Jurnalist Əfqan Muxtarlının cinayət işi üzrə hazırlıq iclası noyabrın 30-da saat 10.30-da Balakən rayon Məhkəməsində hakim Hümbət Səlimovun sədrliyi ilə başlayacaq.

Bu barədə “Amerikanın Səsi”nə Balakən rayon Məhkəməsindən bildiriblər. Gürcüstandan oturum almış Əfqan Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidən müəmmalı şəkildə Azərbaycana gətirilib. Jurnalistin özü Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, işgəncəyə məruz qaldığını, zorla Azərbaycana gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoyulduğunu bildirib. Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 318.1 (sərhədi qanunsuz keçmək), 206.1 (qaçaqmalçılıq).

Ə.Muxtarlı ittihamları rədd edərək həbsinin siyasi sifariş adlandırıb. Çoxsaylı bynəlxalq təşkilatlar Muxtarlının dərhal həbsdən azad edilməsi ilə bağlı bəyanatlarla çıxış edib. Jurnalistin Tbilisidən müəmmalı şəkildə yoxa çıxmasından sonra Gürcüstan hüquq mühafizə orqanları tərəfindən cinayət işi qaldırılıb. Bu ölkənin prezidenti də daxil olmaqla, hökumət qurumları, parlament üzvləri bəyanatlarla çıxış edib. Gürcüstan hüquq müdafiəçiləri və jurnalistlər Tbilisidə hüquq mühafizə orqanlarının və hökumət qurumlarının binaları qaşısında Muxtarlının başına torba keçirilərək oğurlanmasına etiraz olaraq aksiyalar keçirib.