XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

21 Noyabr 2017 - 10:15

Bakıda 2000 manata silah satmaq istəyən şəxs saxlanıldı –Polis əməliyyatı + FOTOLAR

Bakıda 2000 manata silah satmaq istəyən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən Strateq.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zəngilan Rayon Polis Şöbəsinə (RPŞ) Rəşad adlı şəxsin odlu silah satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub:

"Daxil olmuş məlumat əsasında həyata keçirilən birgə əməliyyat-axtarış tədbirləri nəticəsində o, “Naqan” tipli tapançanı 2000 manata satan zaman polislər tərəfindən saxlanılıb.

Araşdırma zamanı silah satışı ilə məşğul olan şəxsin Sumqayıt şəhərində anadan olan, Laçın rayon sakini Rəşad Gülcumalı olduğu müəyyən edilib".

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.