XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

21 Noyabr 2017 - 17:39

Ucarda qohumunu bıçaqla hədələyən narkoman saxlandı –Avtomobilindən heroin çıxdı

Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” xidmətindən Ucar RPŞ-yə rayon sakini Fariz Əhmədovun yeznəsi Rövşən Kərimov tərəfindən bıçaqla hədələnməsi barədə məlumat daxil olub.

DİN mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupundan Strateq.az-a verilən məlumata görə, Ucar RPŞ-nin əməliyyat qrupu dərhal hadisə yerinə gəlib. R.Kərimov bıçaqla əməkdaşlara müqavimət göstərərək qaçmağa cəhd göstərib. Lakin zərərsizləşdirilərək şöbəyə gətirilib. Araşdırmalarla R.Kərimovun narkotik aludəçisi olduğu da müəyyən olunub. Əvvəllər məhkum olmuş bu şəxsin  avtomobilinə baxış zamanı oradan 8 bükümdə narkotik vasitə-heroin və beşbarmaq aşkar edilərək götürülüb.

Faktla bağlı Ucar RPŞ-nin İstintaq bölməsində  araşdırma aparılır.