XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

21 Noyabr 2017 - 19:59

Goranboyda toydan çıxan maşınlar toqquşdu –12 nəfər xəstəxanaya yerləşdirildi

Goranboy rayonunda ağır yol qəzası baş verib. 

Hadisə Bakı-Qazax avtomobil yolunun Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, toy mərasimindən çıxan "OKA", "Zaporojets" və "VAZ" markalı avtomobillər Bəşirabad-Dəliməmmədli yolunda toqquşub. Nəticədə içərisində uşaqların da olduğu 13 nəfər yaralanıb. Onlardan biri, Kələk kənd sakini Şəbnəm Mehmanqızı və 2 uşağın vəziyyətinin ağır olduğu bildirilir. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Daha 4 yaralı Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına aparılıb.

Qəza nəticəsində sərnişinlərdən biri, 15-16 yaşlı oğlan şok vəziyyətinə düşüb. Hazırda Goranboy Rayon Mərkəzi Xəstəxanasında onun müalicəsi davam etdirilir.

Artıq yaralananlardan 7-nin adı məlum olub. Bunlar aşağıdakılardır: 

Orxan Sərvan oğlu Süleymanov (1997)

Şəbnəm Sabit qızı Quliyeva (1999)

Sadəgül Həsən Qızı Bayramova (1991)

Nüşabə Məmmədova (1988)

Ramin Nazim oğlu Əliyev (1986)

Hüseyn Sadiq oğlu Quliyev (2002)

Şəbnəm Mehman Qızı (1992)

Report.az