XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 November 2017 - 10:36

45 yaşlı kişi qətlə yetirilib- Bakıda

Bakıda qətl törədilib.
 
APA-nın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü İsgəndər Şükür oğlu Hüseynov aralarında yaranmış mübahisə zəminində tanışı, 1972-ci il təvəllüdlü İlqar Yelmar oğlu Mirzəyevi bıçaqlayaraq öldürüb.
 
Ş.Hüseynov saxlanılıb. Faktla bağlı Qaradağ rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.