XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 November 2017 - 09:55

Təcili yardım xidmətinə məxsus avtomobilin sürücüsü döyülüb –Bakıda

Bakıda təcili yardım xidmətinə məxsus avtomobilin sürücüsü döyülüb.

Hadisə Səbail rayonunda baş verib.

Belə ki, Yüzbəy Mürsəlov küçəsi, 92 ünvanında 1984-cü il təvəllüdlü İmamverdiyev Şamil İmamverdi oğlu qəfil naməlum şəxsin hücumuna məruz qalıb. Nəticədə o, döyülüb. Yaralı sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinə məlumat verilib/Report.