XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

23 Noyabr 2017 - 10:25

Bakıda piyada zolağından keçən qadını sərnişin avtobusu öldürdü –VİDEO

Bakıda qadını sərnişin avtobusu vuraraq öldürüb.

Strateq.az "Report"a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Yasamal rayonunda baş verib.

Belə ki, "Şamaxinka" kimi tanınan ərazidə piyada zolağından keçmək istəyən 1963-cü il təvəllüdlü Paşayeva Şahzadə Qoçu qızını dayanacağa daxil olan 65 nömrəli sərnişin avtobusu vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb. Sürücü saxlanılıb.