XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Noyabr 2017 - 18:43

Rusiyada vəhşicəsinə döyülən azərbaycanlı tələbə öldü –Açıqlama

Rusiyanın Perm şəhərində vəhşicəsinə döyülən azərbaycanlı tələbə bu gün xəstəxanada keçinib.

Bu barədə APA-ya Permdəki Azərbaycan diasporunun sədri Çingiz İsayev bildirib.

O, həkimlərin səylərinə baxmayaraq, Hüseyn Mustafayevi xilas etməyin mümkün olmadığını söyləyib.

Qeyd edək ki, noyabrın 18-19-na keçən gecə Permdəki Farmakoloji Akademiyanın tələbəsi, Azərbaycan vətəndaşı, 1990-cı il təvəllüdlü Mustafayev Hüseyn Etibar oğlu naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.

Hadisədən bir neçə gün sonra onu döyən şəxslər polis tərəfindən saxlanılıb.