XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

23 Noyabr 2017 - 22:14

Dağıstanın Azərbaycanla həmsərhəd rayonunda atışma –Ölənlər arasında deputat da var

Dağıstanın Azərbaycanla həmsərhəd Məhərrəmkənd rayonunda atışma olub, 2 nəfər ölüb. 

Bu barədə “RİA Novosti”yə rayon administrasiyasının rəhbəri Fərid Əhmədiv bildirib.

Ölənlərdən birinin rayon şurasının deputatı olduğu bildirilir.  

Məlumata görə, insident nəticəsində daha 3 nəfər yaralanaraq Dərbənd şəhər xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin vəziyyəti orta ağırdır. 

Atəş açan şəxslərdən biri saxlanılıb, iki nəfəri isə hadisə yerindən qaçıb. Münaqişədə 8 nəfərin iştirak etdiyi bildirilir/APA.