XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

23 Noyabr 2017 - 22:25

Sabirabadda avtomobil beton dirəyə çırpıldı –2 nəfər xəsarət aldı

Axşam saatlarında Sabirabad rayonunun Cavad kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Məlumata görə, Cavad kənd sakini, 34 yaşlı Elgül Elşad oğlu Cəbrayılovun idarə etdiyi  “VAZ 2107” markalı avtomobil dəmir-beton dirəyə çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan sərnişin 1989-cu il təvəllüdlü Qədirov Davud müxtəlif dərəcəli bədən xəsarətləri  ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

APA