XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

24 Noyabr 2017 - 09:49

Lənkəranda 5 nəfərin ölümünə səbəb olmuş şəxsə hökm oxundu –Səkkiz il həbsxanada yatacaq  

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Eldar Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Vəkil Əli Hüseynovun  açıqlamasında deyib ki, hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, E. Aslanov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2016-cı ilin sentyabrın 10-da Ələt-Astara yolunun Lənkəranın Liman şəhərindən keçən hissəsində olub. Lənkəranın Boladi kənd sakini Bəxtiyar Quliyevin avtomobili Parakənd qəsəbə sakini Eldar Aslanovun avtomobil ilə toqquşub.

Nəticədə Bəxtiyar Quliyev, onun həyat yoldaşı Əzizə Quliyeva, sərnişinlər – Bahar Bağırova, Nazilə Seyfullayeva və Reyhan Mahmudova ölüblər. Digər sürücü Eldar Aslanov və sərnişinləri Elman Ağazadə, Akif  Nuriyev, Murad Cəfərli və Elvin Mirzəzadə isə xəsarət alıblar. (APA)