Yevlax-Bərdə avtomobil yolunda zəncirvari avtomobil qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında qeydə alınıb.
Belə ki, 3 minik maşınının və 1 motosikletin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Hazırda ərazidə olan DYP əməkdaşları qəzanın başvermə səbəbini araşdırır.
Yaralılar xəstəxanaya aparılıb.