XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

26 Noyabr 2017 - 14:25

Qubada maşın körpüdən çaya düşüb –5 nəfər xəsarət alıb

Qubada yol nəqliyyat hadisəsi qeydə alınıb. 

Hadisə Quba-Xınalıq yolunun 28-ci km-də baş verib. Xınalıq kənd sakini Babasultan Sultanovun idarə etdiyi “Mitsubishi” markalı maşın körpünün üzərindən çaya düşüb. Qəza nəticəsində sürücü və bir ailənin 4 üzvü – 1964-cü il təvəllüdlü Gülcamal Sultanova, 1985-ci il təvəllüdlü Həyat Sultanova, 4 yaşlı Günay və 1 yaşlı Nəcməddin xəsarət alıblar. Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyətləri stabildir.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.