XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

27 Noyabr 2017 - 09:02

Bakıda yaşayış binasında yanğın –2 nəfər xilas edilib, 10 nəfər təxliyə olunub

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin  verdiyi xəbərə görə, Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində 12 ədəd elektrik sayğacı, 12 ədəd elektrik açarı və 5 p.m kabel yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmiş 2 nəfər xilas edilib və 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yağından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb/APA.​