XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

27 Noyabr 2017 - 13:06

Cəzalandırılmış  şəxslərə elektron bilərzik taxılacaq –Yeni nəzarət sistemi

Azərbaycanda barəsində qətimkan tədbiri seçilənlər şəxslərə nəzarət məqsədi ilə elektron sistem tətbiq ediləcək.

Bununla bağlı Azərbaycan prezidenti tərəfindən Cinayət-Prosessual Məcəlləsinə yeni 156-1 (Qətimkan tədbirləri üzrə elektron nəzarət vasitələrinin tətbiqi) maddəsinin əlavə edilməsi təklif olunur.

Maddəyə görə, elektron nəzarət vasitələrinin siyahısı və tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Elektron nəzarət vasitələri tətbiq edilmiş şəxsin müəyyən edilmiş vəzifələri yerinə yetirilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir. Bu barədə protokol tətbiq edilir. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda onun dəyəri həmin şəxsdən tutulur.

 Layihə Milli Məclisin dekabrın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. (APA)