XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Noyabr 2017 - 14:44

Korrupsiyaya qarşı mübarizə şöbəsinin müdiri sevgilisinə “Mersedes” hədiyyə edib –FOTO

Başqırdıstanın paytaxtı Ufa şəhərində yerli polis idarəsinin İqtisadi təhlükəsizlik və korrupsiya ilə mübarizə şöbəsinin rəisi işləyən şəxs sevdiyi qıza qiyməti 2 milyon rubl (təxminən 35 min dollar) olan “Mersedes” markalı avtomobil hədiyyə edib.

Virtualaz.org “ProUfu.ru” nəşrinə istinadən xəbər verir ki, İqor Vorobyov maşını vəkil işləyən qadına hələ mart ayında – 8 Mart bayramı münasibətilə bağışlayıbmış. Lakin bu hadisənin görüntüləri yalnız indi yayımlanıb.

Faktlar yayılandan sonra Başqırdıstan Daxili İşlər Nazirliyində araşdırmalara başlanıb. Bu barədə hələlik rəsmi məlumatın verilmədiyi bildirilir.