XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

27 Noyabr 2017 - 22:27

Göyçayda minik avtomobili ilə yük maşını toqquşdu –3 nəfər xəsarət aldı

Göyçayda minik və yük avtomobilləri toqquşub, ağır xəsarət alanlar var.

Hadisə bu gün axşam saatlarında Göyçay-Ucar avtomobil yolunun 1-ci kilometrliyində, rayonun Cəyirli kəndi ərazisində qeydə alınıb.

“VAZ 2107” markalı minik avtomobilinin “KamAZ” markalı yük avtomobili ilə toqquşması nəticəsində Göyçayın Birinci Ərəb kənd sakinləri, 1991-ci il təvəllüdlü Hacıyev Sadiq Əvəz oğlu, 1983-cü il təvəllüdlü Eyyubov Asiman Ələmdar oğlu, Ucarın Lək kənd sakini, 1964-cü il təvəllüdlü Əhmədov Ağamir Səftər oğlu ağır bədən xəsarətləri aldıqları üçün təcili yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda yaralılardan ikisi reanimasiya şöbəsindədir, vəziyyəti ağırdır.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır/APA