XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2017 - 10:54

Bakıda sərnişin avtobusu qadını vuraraq öldürdü –VİDEO

Bakıda sərnişin avtobusu qadını vuraraq öldürüb.

Strateq.az "Report"a istinadən xəbər verir ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi Binəqədi rayonunda baş verib.

Belə ki, Azadlıq prospekti ilə Əlövsət Quliyev küçəsinin kəsişməsində, piyadalar üçün nəzərdə tutulmayan yerdə yolu keçən təxminən 45-50 yaşlı Bahar adlı qadını işıforun yaşıl işığında hərəkət edən 165 nömrəli sərnişin avtobusu vurub.

Avtobusun sürücüsü Balagözov Vaqif Həmzə oğlunun "Report"a verdiyi məlumata görə, piyada qadın qulaqcıqdan istifadə edirmiş. O, qəfildən yola çıxıb. Hadisə şahidləri piyadanın ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyini bildiriblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Sürücü Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.