XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

02 Dekabr 2017 - 13:48

İki piyadanı öldürən sürücü tutulub- DİN

İki piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış Şəmkir rayon sakini tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 30-da Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən Göygöl rayon sakinləri Təranə Haqverdiyeva və Sevinc Alıyeva vurulub və nəticədə hər iki piyada hadisə yerində ölüblər.

Baş Dövlət Yol Polisi İdarəsi və Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “QAZ-3102” markalı avtomobillə törədilməsi müəyyən edilib və hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin avtomobilin sürücüsü – Əliyaqublu kənd sakini Elnur Əsədov tutulub.