XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2017 - 09:17

Azərbaycan diaspor rəhbərinin oğlu başına güllə çaxdı –Rusiyada

Rusiyanın Samara vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimovun ailəsində bədbəxt hadisə baş verib.

Diaspor rəhbərinin oğlu Aqşin Kərimov evdə odlu silahla ehtiyatsız davranıb. Nəticədə odlu silahdan atəş açılıb. Başından güllə yarası alan A. Kərimov hadisə yerində ölüb.

Hadisə vaxtı ailə üzvlərinin evdə olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır/APA.