XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Dekabr 2017 - 17:15

Salyanlı iş adamının oğlu müəmmalı şəkildə yoxa çıxdı –Rusiyada

Rusiya Federasiyası, Başqırdıstan Respublikası Arxanqelskiy rayonu Uzunlarovskiy qəsəbəsində azərbaycanlı gənc itkin düşüb. 

Yaxınlarının "Report"a verdiyi məlumata görə, əslən Azərbaycanın Salyan rayonundan olan, 1990-cı il təvəlüdlü Həsənov Sergey Həsən oğlu iki gündür evlərindən çıxıb və onunla əlaqə kəsilib.

Sergey Həsənovla bağlı bağlı axtarış elan edilib. 

Qeyd edək ki, S.Həsənovun atası Həsən Həsənov uzun illərdir Başıqrdıstanda yaşayır və kənd təsərrüfatı biznesi ilə məşğuldur.