XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Dekabr 2017 - 18:44

Keçmiş MTN generallarının məhkəməsində təqsirləndirilən şəxslər ifadə veriblər:"İttihamı qəbul etmirik"

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri – general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən N.Alıyev Ağaisa Mahmudov epizodu üzrə ifadə verib.

O, ittihamları qəbul etmədiyini deyib.

Daha sonra digər təqsirləndirilən F.Əliyev dindirilib. O, "Daşkəsən epizodu" üzrə ifadəsində ittihamları rədd etdiyini söyləyib. Onun sözlərinə görə, həmin hadisə zamanı əməliyyatda iştirak etməyib.

Daha sonra S.Qurbanovun vəkili Adil İsmayılov bir neçə sənədin məhkəməyə gətirilməsi üçün vəsatət qaldırıb. Vəsatətə növbəti iclasda baxılacaq. 

Məhkəmənin növbəti iclası dekabrın 12-nə təyin edilib.

Qeyd edək ki, MTN-in sabiq baş idarə və idarə rəisləri – Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri – Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizov 2015-ci ildə həbs ediliblər.