XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2017 - 19:58

Bakıda yük maşını minik avtomobili ilə toqquşdu –5 nəfər ölüb

Bakıda yük maşını minik avtomobili ilə toqquşub. 

Hadisə Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində qeydə alınıb. 

Belə ki, "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək "KamAZ" markalı yük maşınının arxa hissəsinə çırpılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. 

Hazırda minik avtomobilində sıxışıb qalan 3 nəfərin meyiti çıxarılıb, digər 2 nəfərin də meyitinin çıxarılması istiqamətində işlər aparılır. 

Faktla bağlı araşdırma aparılır/Report