XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Dekabr 2017 - 21:52

Zərrabın 58 milyonluq təyyarəsi də müsadirə olundu –İstanbul prokurorluğundan qərar

İstanbul prokurorluğu Rza Zərrabın 7 milyon dəyərindəki yaxtasını və 58 milyonluq “Challenger 300” tipli təyyarəsini müsadirə edib.

Bu barədə TGRT informasiya yayıb.

Məlumata görə, Zərrabın “60 years” adlı yaxtası ilə bağlı Ankara ilə danışıqlar aparıldıqdan sonra Bodrum liman rəhbərliyinə Malta bayrağı altında üzən gəminin müsadirəsi ilə bağlı göstəriş verilib. Zərrabın 58 milyonluq təyyarəsi isə İstanbul hava limanında müsadirə edilib.

Qeyd edək ki, Rza Zərrab ABŞ-da həbs edildikdən sonra istintaqla əməkdaşlıq edərək şahid qismində ifadə verməyə razılaşmışdı/Axar.az.