XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Dekabr 2017 - 21:58

Mingəçevirdə ata və oğul bıçaqlandı –Müəmmalı olay

 Axşam saatlarında Mingəçevirdə ata və oğul bıçaqlanıb.

Hadisə şəhərin “Energetik” yaşayış massivində baş verib.

Elçin Qəmbərov 7 saylı marşrut avtobusunun sözügedən massivdəki son dayanacağında, onun 1993-cü il təvəllüdlü oğlu Qəmbərov Elmir Elçin oğlu isə 3 saylı təsərrüfatın ərazisində yaralı vəziyyətdə aşkar edilib. Hər iki yaralı təcili xəstəxanaya çatdırılıb. Onların bıçaqlandığı müəyyən edilib.

Əldə olunan ilkin məlumata görə, hər iki hadisə eyni şəxs və ya şəxslər tərəfindən törədilib. Münaqişənin səbəbi hələ ki, tam məlum deyil.

Baş vermiş hadisə ilə bağlı araşdırmalara başlanılıb/Report.