XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

08 Dekabr 2017 - 10:09

Rusiya DİN-in baş kriminalisti həbs olunub –General – leytenant qandallandı


Rusiya DİN Ekspert-Kriminalistika Mərkəzinin rəisi, general-leytenant Pyotr Qrişin Moskvanın Basmannı Məhkəməsinin qərarı ilə 2018-ci ilin fevralınadək həbs edilib.

“İnterfaks”ın verdiyi xəbərə görə, məhkəmə istintaq orqanlarının vəsatətini təmin etməyə qərar verərək, general barəsində 2018-ci ilin fevralın 5-dək həbs qətimkan tədbiri seçib. Həmçinin sahibkar Sergey Narutov və general Qrişinin müavini Oleq Mazur da analoji müddətə həbs ediliblər.  

 İstintaqın məlumatına görə, Qrişin və Mazur sahibkar Sergey Narutovun nəzarətində olan şirkətlərlə şişirdilmiş qiymətlərlə (ümumilikdə 80 mln. rubladək) dövlət müqavilələri bağlayıb.